Modern.az

Ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək!

Ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək!

17 Sentyabr 2019, 12:13

Gənclər Fondu Azərbaycan Prezidentinin müvafiq göstərişinə əsasən həyata keçirilən “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti Müsabiqənin nəticələrini elan edir.

 

Modern.az xəbər verir ki, nəticələrə əsasən, ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaq.  

 

Fon bəyan edib  ki, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır.

 

Xatırladaq ki, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən qarşılanıb.

 

Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.

 

 

Müsabiqənin nəticələri ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:


Youthfoundation.az/tehsilxerci2019.pdf    

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi