Modern.az

Kirayə evlər ucuzlaşacaq

Kirayə evlər ucuzlaşacaq

17 Sentyabr 2019, 12:21

“Hazırda daşınmaz əmlak bazarında bahalaşma müşahidə edilir”. Bu barədə Modern.az-a məlumat verən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, ay ərzində qiymət artımı 1,03 faiz təşkil edir:


“Təkrar mənzil bazarında 0,73 faiz, ilkin mənzil bazarında isə 2,36 faiz bahalaşma qeydə alınıb”.


Onun sözlərinə görə, ilin sonuna doğru daşınmaz əmlak bazarında qiymət artımı xarakterik olacaq:


“Uzun illərdir insanlarda psixolojik olaraq formalaşan “gələn ildən bahalaşacaq” fikirləri bazarda tələbatı artırır, bazara təzyiq güclənir. Bu da tələb və təklifdə ciddi fərq yaratdığından qiymət artımı qaçılmaz olur”.


Ekspert qeyd edib ki, indiki dövrdə torpaq bazarında qiymətlər stabildir və ciddi bahalaşma gözlənilmir.


Kirayə bazarına gəlincə, N.İbrahimov ay ərzində 5,75 faiz bahalaşma qeydə alındığını diqqətə çatdırıb:


“Bu, mövsümi bahalaşmadır, tələbələrin paytaxta axını ilə ilə bağlıdır. Sentyabrın sonu, oktyabrın əvvəlindən etibarən kirayə bazarında ucuzlaşma gözlənilir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?