Modern.az

Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi

Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi

Aktual

17 Sentyabr 2019, 12:56

“Azərbaycan iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, enerji kimi müxtəlif sahələrdə uğurlar əldə etsə də, bunların başında mədəniyyət gəlir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin bu gün keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin mədəniyyət sahəsində göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə inkişaf etməkdədir:

“Biz 2018-ci ilin büdcəsi zamanı mədəniyyət sahəsinə ayrılan vəsaitin az olduğuna nəzər yetirərək, bu vəsaitin artırılmasını təklif etdik. Ancaq bu sahəyə vəsait nəzərdə tutulduğu qədər ayrılmadı. Azərbaycan Prezidenti mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən sonra mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çox səxavətli bir vəsait ayırdı. Bu da mədəniyyət sahəsinin müxtəlif istiqamətlərinin inkişafına imkan yaratdı. Biz bu il də həmin vəsaitin daha da artırlmasına nail olmalıyıq”.

 R. Hüseynov əlavə edib ki, Azərbaycan mədəniyyəti zəngin olduğundan bu sahənin ümumi inkişafına nail olmaqla digər qüvvələrlə rəqabət apara bilərik.

Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva isə çıxış edərək Azərbaycanda uşaq filmləri və kino sahəsində boşluqların olduğunu bildirib:

“Azərbaycanda istedadlı uçaqların filmə çəkilməsinə çalışıram və bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, bildirildi ki, uşaq filmləri ilə bağlı ssenarilər yazılmır. Uşaq filmləri ilə bağlı ssenarilər yazılmadığından respublikada uşaq filmləri çəkilmir. Bu sahədə bir boşluq var. Axı uşaqların, yeniyetmələrin gələcək tərbiyəsi baxımından bu filmlərin müstəsna rolu var”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi