Modern.az

Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO

Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO

Mədəni̇yyət

17 Sentyabr 2019, 15:33

Əməkdar artist Zöhrə Abdullayeva artıq 1 ildən çoxdur səhnə fəaliyyətinə son verib.

Modern.az-ın məlumatına görə, buna müğənninin yeganə oğlunun ötən ilin mayında vəfat etməsi səbəb olub.

Xatırladaq ki, mərhum İsrafil Abdullayev beyin xərçəngindən dünyasını dəyişib.  47 yaşında həyatdan köçən İsrafil Abdullayevin iki övladı – bir oğlu və bir qızı qalıb. O, Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub.

Modern.az xəbər verir ki, sənət dostları Zöhrə Abdullayevaya müraciət edərək, onu səhnə fəaliyyətinə qayıtmağa çağırblar. Zöhrə xanım hələ ki bu çağırışa cavab verməyib. Müğənninin sosial şəbəkədə yayılmış yeni şəkli isə Zöhrə Abdullayevanı tanıyanları şoka salıb. Sənətçi oğlunun ölümündən sonra tanınmaz halda dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı