Qax rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb:
“Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan Sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib”.
Rəsmi məlumata görə, hazırda yaralıların müalicəsi davam edir.