Modern.az

Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Hadisə

18 Sentyabr 2019, 09:16

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 5 min 809 nəfərin 169-dan virus aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.


Qeyd edilib ki, aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib:


“Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub. 4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub.

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub”.

Rəsmi məlumata görə, virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür