Modern.az

“Eurovision 2012”nin biletləri fevralın 28-dən satışda olacaq

“Eurovision 2012”nin biletləri fevralın 28-dən satışda olacaq

Mədəni̇yyət

15 Fevral 2012, 17:56

Modern.az eurovision.az saytına istinadən bildirir ki, birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq mahnı müsabiqəsinin biletləri fevralın 28-dən etibarən satışa çıxarılacaq.

“Bakı Kristal Zalı”nda keçiriləcək müsabiqədə 43 ölkənin təmsilçisi iştirak edəcək.

Qeyd edək ki, keçən il Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” Mahnı müsabiqəsində Eldar və Nigar cütlüyü “Running scared” mahnısı ilə Azərbaycana qələbə qazandırmışdılar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!