Modern.az

Eynulla Fətullayev türməyə gedir

Eynulla Fətullayev türməyə gedir

15 Fevral 2012, 18:17

"İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev sabah 16 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirəcək. Monitorinqin məhz bu müəssisədə keçirilməsinə vadar edən səbəb 2 aprel mitinqinə görə məhkum edilən və bu müəssisədə saxlanılan vicdan məhbusları Məhəmməd Məcidli, Zülfüqar Eyvazlı, Babək Həsənovun saxlanma şəraiti ilə bağlı ictimaiyyətə ünvanladıqları şikayətdir. Monitorinq zamanı cəzaçəkmə müəssisəsində məhkumların saxlandığı korpuslarda, yataqxanalarda (baraklarda) və onların istifadəsində olan məişət və şəxsi əşyaların saxlandığı otaqlarda, yeməkxanada, sanitar qovşaqlarının və digər məişət otaqlarına baxış keçiriləcək, saxlanma şəraiti təftiş ediləcək və məhkumlar qəbul edilərək
onların fərdi şikayətləri dinləniləcək.
Bu barədə Modern.az-a Eynulla Fətullayev məlumat verib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir