Modern.az

FHN 168 binanın istismarına müsbət rəy verdi

FHN 168 binanın istismarına müsbət rəy verdi

19 Sentyabr 2019, 17:35

Sentyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” ölkə başçısının 19 fevral 2019-cu il tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev, “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Orxan İsayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.


İclasda Fərmandan irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub. Bildirilib ki, hazırda işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsinə uyğun həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ümumilikdə müayinə nəticələri müsbət olan 243 binadan (kompleksdən) ümumi sahəsi 2873089 m2 olan 28443 mənzilli, 497 girişli 168 binaya (kompleksə) dair müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı