Modern.az

Hillari Klinton Dünya Bankının rəhbərliyinə namizəd ola bilər

Hillari Klinton Dünya Bankının rəhbərliyinə namizəd ola bilər

Dünya

16 Fevral 2012, 13:25

ABŞ-ın dövlət katibi isə belə iddiası olmadığını bildirir

ABŞ-ın dövlət katibi Hillari Klinton Dünya Bankının rəhbəri vəzifəsinə ən real namizədlərdən biri hesab olunur. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasında adının çəkilməsini istəməyən mənbə bildirib. Bu vəzifəyə daha bir namizəd Ağ Evin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Lourens Sammer ola bilər.

Fevralın 15-də Dünya Bankının indiki rəhbəri Robert Zellik səlahiyyəti müddəti başa çatanda vəzifəsini tərk edəcəyini söyləyib. Bu, iyunun 30-da baş verəcək. Bununla belə, fevralın 15-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Huland xanım Klintonun bu vəzifəyə namizəd olmağa hazırlaşmadığını bəyan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu