Modern.az

Tanıdığınız tanışlar: Məşhur deputatı bu şəkildən də görün... - FOTO

Tanıdığınız tanışlar: Məşhur deputatı bu şəkildən də görün... - FOTO

21 Sentyabr 2019, 13:42

Modern.az saytında “Tanıdığınız tanışlar” rubrikasına davam edirik...  

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli yazının əvvəlində təqdim olunur. 

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır. 

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan tanıya bildiniz?  
 

Bu şəkildəki şəxs deputat, tanınmış dilçi alim Nizami Cəfərovdur.


O Nizami Cəfərov ki, bu gün onun yubileyidir, 60 yaşı tamam olur.

Nizami Qulu oğlu Cəfərov 1959-cu ilin 21 sentyabrında Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1985-87-ci illərdə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1987-1991-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, redaktoru və baş redaktoru işləyib.
1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi, professoru olub. 1994-2001-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı işləyib. Hazırda  Bakı Dövlət Universitetinin kafedra müdiridir.

Bununla yanaşı o, həm də 2001-ci ildən indiyədək Azərbaycanda Atatürk Mərkəzinin müdiri vəifəsini tutur.
1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Çox sayda elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə və İranda da nəşr edilib.

Rus, ingilis və fars dillərini bilir.

O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü üzvü seçilib.

Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2000-ci ildə II, 2005-ci ildə III, 2010-cu ildə IV, 2015-ci ildə V çağırıç Milli Məclisinin deputatı seçilib.

Azərbaycan Prezidentinin 20 sentyabr 2019-cu il tarixli sərəncamına əsasən, ölkənin  ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

Evlidir, 2 övladı var.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir