Modern.az

Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı

Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı

23 Sentyabr 2019, 10:26

Amerikalı milyarder Corc Soros Ermənistanın baş naziri Nikol Paşinyanla bu ilin yanvarında görüşmək istəyib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan bu barədə Los-Ancelesdə erməni icması ilə görüş zamanı deyib.

 

O görüşün qrafik sıxlığına görə baş tutmadığını əlavə edib. Paşinyan inqilabı Sorosla bağlayanlara da səslənib.

 

“Belə iddialara 2018-ci il inqilabını edənlərə təhqir edir. Bizi Sorosla əlaqələndirənlər tarixin zibilliyinə atdığımız şəxlsərdir”.

 

Paşinyan inqilabın 200 min dollara başa gəldiyini də əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı