Modern.az

Müşfiq Əmirov: “Gələcəkdən qorxma, onsuz da gələcək”

Müşfiq Əmirov: “Gələcəkdən qorxma, onsuz da gələcək”

Media

23 Sentyabr 2019, 15:38

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Müşfiq Əmirovun 50 yaşı tamam olub.

 

Modern.az saytı Müşfiq Əmirovun 50 illik yubiley təəssüratlarını öyrənməyə çalışıb. O, saytımıza açıqlamasında təmtəraqlı formada doğum günləri keçirməyi sevmədiyini bildirib:


“Doğum günlərini hər insan müxtəlif cür keçirtməyi sevir. Kimi dəbdəbəli, kimi də sadə. Mən də sadə doğum günləri keçirənlərdənəm. Güman ki, builki doğum günümü də ailəmlə birgə keçirəcəm”.


Müşfiq Əmirov yaşının artmasından qorxmadığını deyib:


“Yaşın artmasından qorxmaq  lazım deyil. Belə bir söz var. “Gələcəkdən qorxma, onsuz da gələcək”. Biz də bu həyatın qanunlarına tabe olmalıyıq”.


Müşfiq Əmirov həyatda insanın necə hörmət qazanmasını iki misralıq şeirlə tamamlayıb:


“Sadə ol, sadə yaşa, el tanısın sadə səni

Sadəlik sadə edər, sadədən də sadə səni!”


Yubilyar həyat amalından da söz açıb:


“Həmişə həyat amalım belə olub: “Allaha itaət, valideynə hörmət və ehtiram, rəhbərə sədaqət”. Hesab edirəm ki, hər bir insanın həyat amalında bu sözlər yer tutmalıdır. Ən böyük uğurum isə cənab prezidentimizin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağımdır”.

 

Qurum rəsmisi ilk təbrik edənin kimliyini də açıqlayıb:


“Təbrik edən hər kəsə minnətdaram. Sağ olsunlar. Məni 50 illik yubileyim münasibətilə ilk olaraq anam təbrik edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!