Modern.az

Füzuli Rzaquliyev: “Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?!” - MÜSAHİBƏ

Füzuli Rzaquliyev: “Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?!” - MÜSAHİBƏ

Qarabağ

23 Sentyabr 2019, 16:20

Ermənilər deyiblər “atəşkəsi o qədər uzatmaq lazımdır ki, Azərbaycanda müharibə görmüş insanlar azalsınlar!”

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasından artıq 25 il ötür.

 

İctimai Birlik Qarabağ müharibəsində iştirak etmiş, döyüş yoldaşları arasında “Koroğlu” ləqəbi ilə tanınan Füzuli Rzaquliyev tərəfindən yaradılıb. Füzuli Rzaquliyev öz döyüş yoldaşlarını ətrafına toplayaraq 1994-cü ildə Bakıda AVMVİB-ni təsis edib. İctimai Birliyin yaranmasının məqsəd və məramı müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərməkdir.

 

Modern.a-ın əməkdaşı Füzuli Rzaquliyevdən sədri olduğu İctimai Birliyin 25 illiyi münasibəti ilə onu sorğu-sual edib.

 

- Füzuli müəllim, öncəliklə İctimai Birliyinizin 25 illiyi münasibəti ilə sizi təbrik edirik.

 

- Çox sağ olun. O gün olsun ki, Şuşada qeyd edək.

 

- 25 il ərzində hansı işləri görə bildiniz?

 

- 25 il ərzində çox işlər görüldü. Vətənpərvərliyin təbliği, hərbiçilərlə görüşlər, onların problemlərinə köməklik göstərmək kimi mühüm işlər görsək də, bizim ən böyük arzmuz hələ ürəyimizdə qalıb. Ən böyük, lakin yarımçıq qalan arzumuz torpaqlarımzın azad olunmasıdır. Azərbaycanın bir tərəfi Dərbənd, bir tərəfi Təbriz, digər tərəfi Borçalıdır. Arzumuz tək Qarabağ deyil. Amma hələ heç bir arzumuza çatmamışıq.

 

- Siz necə düşünürsünüz, torpaqlarımız sülh yolu ilə alınmalıdır, ya müharibəylə?

 

- Xeyr! Müharibəylə alınmalıdır. 1920-ci ildə mənfur bolşeviklər torpaqlarımızı işğal edəndə Məhəmməd Əmin Rəsulzadə Şimali Azərbaycandan 114 min hektar torpaq miras qoyub getdi. 100 ildə itirdiklərimizin hansı birini ala bilmişik?! Bir dənə Lələtəpəni aldıq, onu da müharibə yoluyla. Erməni şərəfsizlərini qırmaq lazımdır, ən yaxşı erməni ölü ermənidir. Ermənilər Qubadlıda qəsəbə salır, Kəlbəcərədə İstisuda zavod tikir. Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?! Analar yenə oğul doğacaq, amma Azərbaycan doğulmur.

 

- 25 il müddətində İctimai Birliyin yaradılmasında təşəbbüs göstərmiş  keçmiş döyüşçülərdən itirdiklərimiz də çox olub. İctimai Birliyi onlar olmadan idarə etmək çətin deyil?

 

- 1994-cü ildə müharibədən çıxmış şəxsləri cəmiyyətə adaptasiya etmək üçün biz bu təşkilatı yaratmışdıq. O insanlar ölümdən çıxmış insanlar idi, onlara təşkilatlanmağa yer lazım idi. Təbii ki, 25 il ərzində tək mənə çatan məlumata əsasən elə bu son aylarda 5 müharibə veteranı itirmişik, saylarımız seyrəlib. Ermənilər də həmin vaxtlarda deyiblər ki, “atəşkəsi o qədər uzatmaq lazımdır ki, bu müharibə görmüş insanlar azalsınlar, sonrakılar sülhə razı olacaqlar”. Amma onlar yanılırlar, Aprel döyüşləri də bunu sübut elədi. Bu xalqın əzmkar, döyüşkən oğulları həmişə olub. Hazırda bizim təşkilatın 78 rayon şöbəsi var və  ətrafında 65752 nəfəri birləşdirib. Biz tezliklə müharibə etməliyik. Şükür Allaha ki, güclü ordumuz var, yetər artıq, ermənilərin  nazıyla oynadıq. Biz nə qədər təhqir olunmalıyıq?! Paşinyan gəlir deyir ki, bura Ermənistandır.

 

- Füzuli müəllim, işlərinizdə uğurlar arzulayırıq, müsahibə verdiyiniz üçün çox sağ olun!


- Hələ ki, bizə heç bir təbrik düşmür. İnşallah Laçında, Kəlbəcərdə, Şuşada təbrik edəsiniz. Bəzilərinə gülüş gəlir, amma bizim hədəfimiz bütöv Azərbaycandır. Allah sizləri və bütün vətənpərvər insanları qorusun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar