Modern.az

Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu!

Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu!

23 Sentyabr 2019, 17:10

İndoneziyanın Sumatra adasındakı Riau əyalətində davam edən meşə yanğınları nəticəsində yaranan hava çirkliliyinin artdığına görə fövqəladə vəziyyət elan olundu.

 

Riau əyalətinin meri Syamsuar həftəsonundan etibarən davam edən kəskin duman nəticəsində havanın insanların sağlamlığına təsir edəcək dərəcədə çirkləndəndiyini vurğulayaraq 31 oktyabr tarixinədək fövqəladə vəziyyət elan etdiklərini bildirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hava çirkliliyi davam edərsə, bölgələrdəki insanların evakuasiya ediləcəyi də planlaşdırılır.

 

Kəskin duman buludunun hakim olduğu ərazilərdə göyün üzü bəzən qırmızı rəngdə olur, riskli səviyyədəki hava çirkliliyi insanların sağlamlığına və gündəlik həyatlarına neqativ təsir edir.

 

Qeyd edək ki, Sumatra və Borneo adalarında iyuldan başlayaraq davam edən meşə yanğınları ilə mübarizə məqsədilə Jambi, Cənubi Sumatra, Qərbi, Şərqi və Orta Kalimantan əyalətlərində də oktyabrın sonuna kimi fövqəladə vəziyyət elan olunmuşdu.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi