Modern.az

Rəsmi Bakıdan Yerevana sərt MESAJ: Əsgərimizi öldürənlər cəzalandırılacaq

Rəsmi Bakıdan Yerevana sərt MESAJ: Əsgərimizi öldürənlər cəzalandırılacaq

24 Sentyabr 2019, 10:07

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Modern.az-a verdiyi məlumatda belə deyilib.

Bildirilib ki, Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.

 

“Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”.

 

Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq, düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.


Əsgərin nəşi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə neytral ərazidən götürülüb...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi