Modern.az

15 yaşında ərə gedən Türkiyənin ilk hicablı birinci ledisi

15 yaşında ərə gedən Türkiyənin ilk hicablı birinci ledisi

Reportaj

17 Fevral 2012, 12:23

Hayrünnisə Gül Abdulla Gülə ərə getməkdən ötrü təhsilini də buraxmalı olub

Modern.az saytının “Birinci ledilər” rubrikasında bu dəfəki təqdimatı Türkiyə prezidenti Abdulla Gülün xanımı Hayrünnisə Gül barəsindədir.

Abdulla Gül 2007-ci ildə Türkiyənin 11-ci prezidenti seçiləndə həyat yoldaşı Hayrünnisə Gülün ailəsi evinin qapılarını ilk dəfə jurnalistlərə açır. Gəbzədəki evlərində jurnalistin suallarına cavab verən Əhməd və Fatma Özyurd cütlüyü kürəkənləri Abdulla Gül və qızları Hayrünnisə Güllə bağlı fikirlərini açıqlayırlar. Abdulla Gülün 27 ildir kürəkənləri olduğunu söyləyən F.Özyurd deyir: “Kürəkənim 27 ildə məni 27 saniyə belə incitməyib. Çox qanacaqlı, çox bəy əfəndi bir insandır. İnşallah, çox bacarıqlı olacaq. Onlara dualarımızı edirik”.

Birinci ledinin atası Əhməd Özyurd isə Gülün üzərinə götürdüyü vəzifəni ən yaxşı şəkildə yerinə yetirəcəyinə inandıqlarını söyləyir: “Kürəkənim millət vəkili oldu, nazir oldu, baş nazir oldu, indi də prezidentdir. Fəqət heç bir zaman bizə qarşı sayğısından heç bir şeyi əsigəmədi. Türkiyə layiq olduğu prezidentinə qovuşdu”.

- Hayrünnisə xanım necə uşaq olub?

Atası deyir ki, qızı çox zəkalı, duyumlu bir insandır: “Orta məktəbdə çox bacarıqlı bir şagird olub. İstanbulda anadan olub və fövqəladə bir şəkildə yetişib”.

Hayrünnisə Gül 1965-ci ildə anadan olub. 1980-ci ildə 15 yaşında olan Hayrünnisə Çəmbərlitaş Qız Liseyindəki təhsilinə son verərək 30 yaşındakı Abdulla Gül ilə dünya evinə girib. Evlilik üçün məktəbi buraxan H.Gül 14 il sonra ərinin də dəstəyilə təhsilini davam etdirərək liseyi bitirib.

Cütlüyün üş övladı-iki oğlu və qızı var.

Birinci ledi əslən Kayseridəndir. Ailəsi 1964-cü ildə İstanbula gəlib. Atası Əhməd Özyurd burada ticarətlə məşğul olub. Hayrünnisə İstanbulun Ulduz məhəlləsində dünyaya gəlib. Ailə sonra Bəyazidə köçüb. Hayrünnisə burada təhsilinə başlayıb. Abdulla Güllə də burada tanış olublar.

Birinci ledi niyə həkim ola bilmədi?

- Hayrünnisə xanımın hədəfi nə idi?

Fatma Özyurd:

- Həkim olmaq istəyirdi. Çox bacarıqlıydı, sürəkli təriflər alırdı. Hayrünnisə çox inadcıldır, necə deyərlər, tutduğunu buraxan deyil.

- Abdulla Güllə evliliyi necə oldu, buna necə qərar verdilər?


Anası:

- Abdulla bəy uzaqgörən insandır. “Mən onu oxudaram” deyib bizə söz verdi. Görüşdülər, Hayrünnisə də razılaşandan sonra evlilikləri alındı. Abdulla bəyin ailəsi Kayserinin çox soylu-köklü ailələrindən biri olduğundan böyüklərimizlə danışaraq verdik. Çox hörmətli bir ailə olduğu üçün rədd etmədik. Bir müddət nişanlı qaldılar, sonra evləndilər və İstanbulda yaşamağa başladılar.

Əvvəlcə Ərənköydə otururdular. Böyük nəvəm burada dünyaya gəlib. Abdulla bəy qızım böyük nəvəmə hamiləykən müəllimi professor Nevzat Yalçıntaşdan aldığı bir dəvət məktubu ilə Ciddə İslam İnkişaf Bankında çalışmağa getdi. 9 il orada yaşadılar. Abdulla bəyin “bu məktub milyonlara dərər” dediyini xatırlayıram. Çox qürurlandı. Biz də dəvəti qəbul etməsinə heç etiraz etmədik.

- Hayrünnisə xanım nədən oxumadı? Abdulla bəymi sözünü tutmadı, yoxsa başqa səbəblərmi ortaya çıxdı?

Fatma Özyurd:

- Bu, tamamilə yalandır. Qızım daha evlənməzdən başını örtürdü. Mənə xəbər vermədən atasını arayıb çox gözəl bir baş örtüyü gördüyünü söyləyib və gedib almışdılar. Mən bir gün evdə yox idim, gəlib gördüm ki, qızım başını bağlayıb. O gündən indiyədək qapalıdır. Uşaqlarımıza heç bir zaman təzyiq etməmişik.

- Deyilənə görə, Hayrünnisə xanım guya evləndikdən sonra universitetə girməyi bacarmışdı... Hayrünnisə xanımı oxumağa kim qoymayıb?

Atası Əhməd Özyurd:

- Abdulla Gülün yeni millət vəkili olduğu zaman 3 uşağı olmasına baxmayaraq dərslərə, hazırlıq kurslarına getmədən universitetə qəbul imtahanlarını qazanmışdı. Qızıma oxumağa imkan vermədilər, qarşısını aldılar.

Haşıyə: Türkiyənibn ilk birinci ledisi Mustafa Kamal Atartürkün həyat yoldaşı Lətifə xanım olub. Lakin sonradan Türkiyə Cümhuriyyətinin qurucusu ilə onun yolları ayrılıb.
Atatürkdən boşanan Lətifə xanım yazdığı bir məktubda qadınların başını örtməsinə qadağa qoyulmasını tənqid edibmiş. Atatürkdən isə şəhvətli duyğular bəslədiyi bir qadın üzündən boşandığını bildirib.
Araşdırmaçı Riyat N.Balinin Amerika arxivlərindəki sənədlər əsasında hazırladığı bir kitabda Lətifə xanımın Atatürkdən sonra yazdığı bir məktubda bütün bunlar yer alıb.
Məktubda Atatürkə və onun yaxın arkadaşları haqqında tənqidi fikirlər də yer alıb. Məktubun 21 fevral 1926-cı ildə “Boston Advertiser” adlı kiçik bir qəzetdə yayımlandığı da irəli sürülür. Lətifə xanıma aid olduğu iddia edilən məktub “Sevgili dostum və yoldaşım” deyə başlayır. Evliliklərinin pozulmasını üçüncü şəxsləribn ayağına bağlayan Lətifə xanım Atatürkün bəzi qanunları hazırlayarkən çevrəsindən sərt şəkildə ehtiyatlandığını anladır, bu qanunlarda hətta baş örtüyünün yasaq edilməsinin öz əksini tapdığını göstərir. Lətifə xanım məktubda çarşabın yasaqlanmasına və qadınlara hansı paltarı geymələri ilə bağlı qaydalara da etirazını bildirir. O düşünürdü ki, qadınlara çarşab geyib-geyməyəcəkləri zorla qəbul etdirilə bilməz

- Kürəkəniniz ilə əlaqələriniz necədir? O, necə bir insandır?

Fatma Özyurd:

- Allah Abdulla bəydən razı olsun. Mənim 27 illik kürəkənimdir (xatırladaq ki, bu açıqlama 2007-ci ildə götürülüb). 27 saniyə belə məni üzməyib, məni heç incitməyib. Açıqcası heç bir yalanını indiyədək duymamışam. Mən onu çox sevirəm və ondan çox razıyam. Daim duaçısıyam. Bizə qarşı çox diqqətcil bir insandır. Bəlkə də bu diqqəti onu bizə sevdirir. Bu gün belə əlimdə bir şey görsə gəlib alar.

Əhməd Özyurd:

- Abdullada mənəmlik yoxdur. Çox hörmətcildir. “Mən baş nazir, prezident oldum” kimi bir təkəbbürü yoxdur. Eqoist deyil. Çox diqqətcildir. Əmin olun ki, indi də gələndə əlinə kürək alıb bu bağçada çalışır. Özünü insanlığa yaraşdırandır. Abdulla xalqın içərisində yetişən millət adamıdır.

- Qızınızın Çankayaya çıxdıqdan sonra baş örtüyündən imtina edəcəyi bildirilir. Bu dedi-qodular doğrudurmu?


Fatma Özyurd:

- Qızımın iradəsi o qədər zəif deyil. Bu dedi-qodular məni çox üzüb. Belə bir şey kəsinliklə yoxdur. Zorla başını örtmədi ki, belə bir şey etsin. Biz başını örtməsi üçün ona heç bir zaman təzyiq etmədik, o öz istəyilə bunu edib.

- Qızınızı Türkiyəni dünyada təmsil edə biləcək biliyə, bacarığa və təcrübəyə sahib olacaq görürsünüzmü?

Fatma Özyurd:

- Hayrünnisə universiteti baş örtüsü səbəbiylə oxuya bilməyib. Qarşısı kəsilməsəydi, qətiyyətlə deyə bilərəm ki, çox bacarıqlı olacaqdı. Amma özünü çox yaxşı yetişdirib. Əlindən heç kitabı kənara qoymaz, biliklərini, davranışlarını artırmaq, mükəməlləşdirmək üçün çox çalışır. Daha öncə də söylədiyimiz kimi iki dil bilir. Abdulla bəy xarici işlər naziri işləyəndə bir çox ölkələri gəziblər, mədəniyyətləri görüb.

“Mən başımı örtürəm, beynimi yox”


Gül prezident seçiləndə ən çox müzakirəyə səbəb olan məsələlərdən biri birinci ledi Hayrünnisə Gülün Çankaya köşkünə başı örtüklü gəlib-gəlməyəcəyi idi. Hayrünnisə xanım heç nəyə əhəmiyyət vermədən imicini dəyişmədi. Onu təkcə Çankayadakı rəsmi mərasimlərdə yox, Türkiyənin hər yerində, hətta prezidentlə xarici səfərlərdə başı örtüklü müşayiət etməkdən vaz keçmir. ABŞ-a, Avropaya, hətta başı örtüklü gəzməyin qadağan olunduğu ölkələrə də beləcə gedir. O, birinci ledi kimi yeni statusda olsa da, Hayrünnisə Gül kimi öz seçimini dəyişmək haqqında belə düşünməyib. O, türk qadınını hər yerdə belə təqdim edir.

Birinci ledi bir müddət əvvəl İngiltərənin "The Times" qəzetinə verdiyi müsahibədə, hicab mövzusu ilə əlaqədar suala "Mən başımı örtürəm, beynimi deyil" deyib.
"Dünyəvilər, sizdən qorxurlar" sualına isə Hayrünnisə Gül, ingiliscə "Siz məndən qorxursunuzmu?", -deyə soruşub.

Abdulla Gül də heç vaxt xanımı başı örtüklüdür deyə xarici səfərlərə onsuz getməyə üstünlük verməyib. Demək olar hər səfərində yanındadır.

Hicablı ledinin ös stilisti var

Abdulla Gül prezidentliyə namizəd olanda Avstriyada yaşayan türk modelçi Atil Kutoğlu Hayrünnisə Güllə  görüşmək üçün Türkiyəyə dəvət olunur. O vaxt deyirlər ki, Abdulla Gülün prezident seçilməsi halında Türkiyənin ilk hicablı birinci ledisi olacaq Hayrünnisə Gül Kutoğlu ilə yeni hicab stilini və üsluba uyğun ola biləcək yeni qarderobunu müəyyənləşdirəcək. Qarderobda gündüz və gecə mərasimlərində istifadə olunacaq geyimlərlə birlikdə aksesuarların da yer alacağı bildirilirdi. Bu, 2007-ci ilin avqust ayında olub.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı