Modern.az

Qızının Vurğun bəyə son ad günü TƏBRİKİ

Qızının Vurğun bəyə son ad günü TƏBRİKİ

24 Sentyabr 2019, 22:22

 

Bu gün Azərbaycanda onu tanıyan hər kəs ölümünə min dəfə təəssüfləndi. Daha bir yaxşı adamı axirət dünyasına yola saldıq…

Vurğun Əyyub hamının yaddaşında yaxşı adam kimi qaldı… Təkcə yaxşı adam kimi deyil, həm də təmiz, vicdanlı, əqidəli, qürurlu..

Bu il oktyabrın 25-də 62 yaşını tamam edəcəkdi… Əcəl imkan vermədi…

Ötən il 61 yaşının tamamında qızı Vurğun Əyyubu ona yaraşan sözlərlə təbrik etmişdi…

Modern.az saytı qızının Vurğun bəyə son ad günü təbrikini oxucuların da diqqətinə çatdırır:


“61 yaşını tamamladın. Bir 61 il daha arzulayıram sənə, amma sağlam canla davam etdirəcəyin 61 il. Düzdür, istəyərdim ki, bir ömür dünyanı tutub durasan, çünki hər keçən gün Azərbaycanın sənin kimi təmiz, dürüst, ədalətli, vicdanlı, vətənpərvər insanlara ehtiyacı daha çox artır, ancaq təəssüf ki, onların da sayı get-gedə azalır. Sən isə hələ də o təmizliyini qoruyan nadir insanlardansan.

Ancaq çox gözəl bilirəm ki, gözəl insanlar bir ömür dünyanı tutub durmur. Ancaq 62 yaşını dolduranda da, deyəcəyəm ki, bir 62 il daha arzulayıram Sənə.

Atacan, özümü dərk edəndən qızın olduğum üçün o qədər çox qürur duymuşam ki.

“Vurğun Əyyubun qızıyam” cümləsini elə həvəslə, gözlərimin içi gülərək, fərəhlə demişəm ki…

Gözlərimdəki gülüşün sönməməsini arzu edirəm, Atacan, bizə…

Ad günün mübarək!

Səni çox sevirəm!”



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi