Modern.az

Tramp impiçment oluna bilər

Tramp impiçment oluna bilər

25 Sentyabr 2019, 09:37

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden ölkə başçısı Donald Trampın mümkün impiçmentindən danışıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Trampın ölkə qanunlarını pozduğunu əlavə edib.

“Əgər o, Konqresə mane olmağa və qanunları pozmağa davam edərsə, Konqresə impiçment proseduruna başlamaqdan başqa seçim qoymayacaq”.

 

Trampa qarşı impiçment kampaniyası onun Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı prezident seçkilərində potensial rəqibi Co Baydenin oğluna qarşı cinayət işi açmasını tələb etməsinə görə başlayıb. Belə ki, Zelenaski ilə danışıqlarda səslənən fikirləri əldə edən xüsusi xidmət orqanları bu barədə Konqresə məlumat veriblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər