Modern.az

Şamaxıdakıi Cümə məscidinin bərpasına 4 milyon manat ayrılıb

Şamaxıdakıi Cümə məscidinin bərpasına 4 milyon manat ayrılıb

Təhsil

24 Dekabr 2009, 20:55

Prezident İlham Əliyev Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə təmiri və bərpası məqsədi sərəbcam imzalayıb. Sərancana əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan abidənin bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə 4 milyon manat məbləğində vəsait ayrılıb. Azərbaycan xalqının tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı şəhərindəki Cümə məscidi 743-cü ildə inşa edilib və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatıb. Memarlıq üslubu baxımından qədimliyi və orijinallığı ilə seçilən Cümə məscidi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqətlə qorunub saxlanılıb. Şamaxıda 1859-cu və 1902-ci illərdə baş vermiş dəhşətli zəlzələlərdən ciddi ziyan çəkən məscid XX əsrin əvvəllərində yenidən bərpa edilib. Lakin 1918-ci ildə Azərbaycanın əksər şəhərləri və bölgələrində, o cümlədən Şamaxıda erməni-daşnak quldur dəstələri tərəfindən törədilən soyqırım zamanı minlərlə günahsız insan qətlə yetirilib, əhalinin sığınacaq tapdığı Cümə məscidi isə yandırılıb. Uzun illər dağıdılmış vəziyyətdə qalan bu tarixi abidə 1980-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tapşırığı ilə təmir olunub.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!