Modern.az

Yaponiya və İran liderlərinin kritik görüşü

Yaponiya və İran liderlərinin kritik görüşü

Dünya

25 Sentyabr 2019, 12:17

Yaponiyanın Baş naziri Şinzo Abe və İran prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74-cü sessiyasının keçirildiyi Nyu-Yorkda bir araya gəliblər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı Abe İran ilə ABŞ arasındakı gərginliyin sülh yolu ilə aradan qaldırılacağından ümidli olduğunu dilə gətirərək, Ruhaninin daha öncə söylədiyi İranın sülhdən yana olduğu sözlərini bir daha siyasətçiyə xatırladıb.

 

Abe iyun ayında İranın dini lideri Ayətullah Əli Xomeyninin "Biz nüvə silahına qarşıyıq" şəklindəki açıqlamasından da ümidli olduğunu vurğulayaraq, İranın  uran zənginləşdirmə səviyyəsini müəyyən limitin altında saxlamasını istəyib.

 

Ruhani də öz növbəsində Abenin iyun ayında Tehrana səfərindən məmnunluğunu dilə gətirib. Yaponiyanı "Asiyanın əhəmiyyətli bir ölkəsi və İranın köhnə dostu" olaraq xarakterizə edən Ruhani ikitərəfli və beynəlxalq regional problemlərin həlli üçün Abe ilə dialoqu davam etdirmək istədiyini söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!