Modern.az

Məşhur tenorun 20 qadına təcavüz iddiası istefaya səbəb oldu

Məşhur tenorun 20 qadına təcavüz iddiası istefaya səbəb oldu

Dünya

26 Sentyabr 2019, 11:24

Cinsi təcavüz iddiası ilə barəsində təhqiqat aparılan məşhur tenor Plasido Dominqo çalışdığı Metropolitan Operasından istefa etməyə məcbur olub. 78 yaşlı məşhur ispaniyalı tenor Plasido Dominqo 20 qadın tərəfindən təcavüz iddiası ilə ittiham olunur.

 

Xatırladaq ki, zərəçəkən olduqlarını bildirən qadınların iddiaları  “Assoşeyted Press” xəbər saytında yer almışdı. Bundan sonra  Amerika Musiqi Sənətçiləri Birliyi tenor barəsində təhqiqatlara başlamışdı.  

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təcavüz iddialarından sonra Dominqonun çalışdığı Nyu-Yorkdakı Metropolitan Operası ittihamlara münasibət bildirilib. Açıqlamada  Dominqonun Metropolitan Operasından istefa etdiyi, daha öncədən hazırlanmış səhnələrindən çəkilməyi qəbul etdiyi bildirilib.

 

Operanın əfsanə səsi təcavüz iddialarını rədd etsə də,  Metropolitan Operası ilə 51 illik çalışmasının bitdiyini təsdiqləyib.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür