Modern.az

Bakı Nəqliyyat Agentliyi söz verdi: Avtobuslarda gedişhaqqı artmayacaq

Bakı Nəqliyyat Agentliyi söz verdi: Avtobuslarda gedişhaqqı artmayacaq

26 Sentyabr 2019, 12:07

Yeni avtobusların gətirilməsi və HUB-ların yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq. Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur:

"Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə, xüsusilə ən çox şikayət olunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh-Buzovna, Məştağa, Pirşağı istiqamətlərinə yəni avtobusların verilməsi nəzərdən keçirilir".

M.Ağayev bildirib ki, ilin sonuna qədər avtobusların gətirilib xəttə buraxılması yekunlaşdıracaq:

"Daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilir. Son 3 ildə daşıyıcılar tərəfindən 200 avtobus gətirilib, 1500 avtobus təmir olunub. Daşıyıcılar hər avtobusu gətirə bilməz. Avtobuslar Nazirlər Kabinetinin tələblərinə cavab verməlidir".

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim işləri aparıldığı üçün bəzi dayanacaqlarda təmizlik təmin oluna bilmirdi:

"Hazırda dayanacaqlar hər gün yuyulur. Lakin vətəndaşlar tərəfindən təmizliyə riayət olunmur. Dayanacaqlarda müxtəlif iş, alqı-satqı elanları yapışdırılır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir