Modern.az

Bir yumruqda birləşən BƏDİİ ŞURA

Bir yumruqda birləşən BƏDİİ ŞURA

26 Sentyabr 2019, 15:17

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
veteran telejurnalist


Bu, AzTV-nin Bədii Şurasıdır. Çox mötəbər sənətçilərdən, musiqi xadimlərindən – bəstəkar və müğənnilərdən, peşəkar  jurnalistlərdən, müxtəlif yaradıcı şəxsiyyətlərdən ibarət bu şuranın fəaliyyəti haqqında geniş söhbət açmağa ehtiyac yoxdur. Görün kimlər yer alıb bu şurada: Mubariz Tağıyev, Faiq Sücəddinov, Baba Vəziroğlu, Məsum İbrahimov, Rəşad Nəsirov, Fəxriyyə Xələfova  və başqaları (vaxtı gəldikcə, onun hər bir üzvü barədə yazılar çox veriləcək).

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov istedadlı bir gənc kimi istər savadı, istərsə də dünyagörüşü, rəhbərlik səriştəsi ilə özündən əvvəlki bütün sədrlərdən fərqlənən bir tapıntıdır. Sanki o elə bu peşə üçün, bu vəzifəyə görə dünyaya gəlib. Bunu veteran telejurnalistlər hamılıqla təsdiq edərlər. Məhz onun yaratdığı və rəhbərlik etdiyi Bədii Şura qısa bir zaman sürəsində çox böyük rəğbət qazanıb və bu, şübhəsiz ki, televiziyanın da həyatında tamaşaçıların əksəriyyətinin etiraf etdiyi müsbət dəyişikliklərə gətirib çıxarıb. İnkaredilməzdir ki, indiki AzTV uzun illərin AzTV-si deyil (bu da bir başqa mövzunun geniş təbliğinə əsas verir).

R.Məmmədov şuranın fəaliyyətini məharətlə tənzimləyir. Hər bir şura üzvü öz təklifini, mülahizəsini sərbəst şəkildə irəli sürür, hər məsələdə səlahiyyətli rol oynayır. Şuranın qəbul etdiyi hər bir qərar kollegial qurumun yekdil rəyinə gətirib çıxarır ki, bu da yekunda efirin baxımlı olmasına şərait yaradır.


Buna görə də məncə digər televiziya şirkətlərində Bədii şuraların yaradılmasına qətiyyən ehtiyac yoxdur. Axı, belə bir tanınmış şəxsiyyətlərin verdiyi rəyə digər Bədii şuralarda kim nə deyə bilər? Tutalım ki, bir musiqi parçası, mahnı mətni bu şurada qəbul edilməzsə onun başqa şuralarda icazəsinə hansı məntiqlə baxıla bilər? Əgər AzTV Bədii Şurasının baxdığı və yekdil fikrə gəldiyi məsələ yenidən başqa bir şuraya təqdim olunarsa, bu, hansı çərçivəyə sığar! Bu məsələ hətta Prezident Administrasiyası səviyyəsində qəti şəkildə həllini tapmalı, qəbuledilməz cəhdlərin qarşısı alınmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?