Modern.az

Türkiyəyə Olimpiadada uğur qazandıran azərbaycanlı riyaziyyatçı - VİDEO

Türkiyəyə Olimpiadada uğur qazandıran azərbaycanlı riyaziyyatçı - VİDEO

Diaspor

27 Sentyabr 2019, 14:22

Bu gün Türkiyənin demək olar ki, bütün nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı riyaziyyatçı professorlar var, onların bəziləri hətta universitetin riyaziyyat bölümünə  rəhbərlik edir. 1990-cı illərdə Türkiyəyə axını başlayan azərbaycanlı riyaziyyatçıların riyaziyyat elminin inkişafında müstəsna xidmətlər göstəriblər. Məhz onların böyük dəstəyi ilə Türkiyə beynəlxalq riyaziyyat olimpiadalarında ciddi irəliləyişlərə nail oldu. 1999-cu ildə qazanılan ilk qızıl medalla Türkiyə dünyanın sayılan komandaları arasına girdi və ilk 10 komandadan biri kimi bu sahədə dünyanın ən güçlü güclülərindən olan Rusiya ilə yarışa biləcək səviyyəyə gəldi. Balkan Olimpiadaları və İtalyada keçirilən Aralıq Dənizi ölkələri yarışmasında da uğurla iştirak edən Türkiyədə hər il ortalama 1 məktəbli qızıl medal qazanır.


Modern.az-ın məlumatına görə, Türkiyə olimpiada komandasının bu səviyyəyə çatmasında digər ailmlərimizlə yanaşı, Türkiyə Riyaziyyat Olimpiada Komitəsinin rəhbəri, Bilkent Universitetinin professoru mərhum şair Əli Kərimin oğlu Azər Kərimovun böyük rolu var. Azər Kərimov 30 ilə yaxındır Türkiyədə yaşayır və fəaliyyət göstərir. Uzun illərdir Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) dəstəklədiyi Türkiyə Olimpiadaları Komitəsinə rəhbərlik edən azərbaycanlı alim burada məktbəli və tələbələr arasında riyaziyyat elminə maraq oyatmaq üçün bir sıra təşəbbüsllərin müəllifidir. Onun 2001-ci ildən bəri hər ay işləyib hazırladığı və internetdə yerləşdirilən riyazi məsələləri  nəinki yerli, eləcə də bütün dünyadan olan riyaziyyat həvəskarlarının diqqətini cəlb edib. Azər Kərimov eyni zamanda, Türkiyəni qarış-qarış gəzərək, məktbəlilər və tələbələrlə görüşlər keçirir, onlarla riyaziyyat elmini sirlərini bölüşür, seminarlar verir.


Türkiyənin elmi dairələrində Azər Kərimovun xidmətləri xüsusi vurğulanır, vaxtaşırı barəsində yazılar dərc edən türk mediası isə onu dünya riyaziyyat elminin önəmli isimlərindən biri adlandırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi