Modern.az

500 kişi “işgəncə evi”ndən xilas edildi: zəncirə vurulmuşdular

500 kişi “işgəncə evi”ndən xilas edildi: zəncirə vurulmuşdular

Dünya

27 Sentyabr 2019, 15:09

Nigeriyada bir binaya basqın edən polis bəzi qurbanların zəncirləndiyini görüb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nigeriya polisi ölkənin şimalındakı Kaduna mahalında təxminən 500 kişinin saxlandıqları yerdən xilas edildiyini deyib.

 

Kaduna Polis İdarəsinin rəisi Əli Janga binaya əməliyyat keçirərək tapdıqları şəxslərin bir hissəsinin zəncirlərdə saxlandığını gördüklərini söyləyib.

 

Xilas olunanların bir qisminin başqa ölkələrdən gəldikləri, işgəncəyə, təcavüzə məruz qaldıqları və ac saxlandıqları bildirilir. Qurbanların binanı tərk etməsinə icazə verilməyib, hətta illərlə burada zorla saxlanan insanların olduğunu bildiriblər.

 

Əli Janga ev dustaqlarının bəzilərinin yaralı olmalarına baxmayaraq, azad edildikləri üçün çox sevincli olduqlarını da vurğulayıb.

 

Xilas olunanlar gecəni Kadunadakı bir stadionda keçiriblər. Aidiyyatı qurumlar bu şəxsləri ailələrinə qovuşdurmaq üçün çalışırlar.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi