Modern.az

Gürcüstanla Rusiya arasında buzlar əriyir – 10 il sonra nazirlər görüşdülər

Gürcüstanla Rusiya arasında buzlar əriyir – 10 il sonra nazirlər görüşdülər

28 Sentyabr 2019, 17:15

Gürcüstan Rusiya ilə dostluq münasibətlərinin yaradılmasında maraqlıdır.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Salome Zurabişvili deyib.

O 10 il sonra Rusiya və Gürcüstan xarici işlər nazirləri arasında baş tutan görüşü müsbət dəyərləndirib.

 

“Biz Moskva ilə dialoq aparmalıyıq. İşğal olunmuş torpaqları olan ölkənin 2 həll yolu var. Yollardan biri hərbi yoldur. Amma biz bu yoldan çoxdan imtina etmişik. İkinci yol isə dialoq və diplomatiya yoludur. Gürcüstan bu yoldan istifadə etməyərək özünə qapana bilməz”-deyə Zurabişvili deyib.

 

Xanım prezident xarici işlər naziri Zalkaliani ilə Lavrovun görüşü ilə bağlı Qərbdən müsbət reaksiya aldıqlarını da söyləyib.

Xatırladaq ki, Lavrovla Zalkaliani arasında görüş BMT-nin 74-cü sammiti çərçivəsində Nyu-Yorkda baş tutub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir