Modern.az

Tanınmış teleaparıcılar Azər və Vüsalə valideyn oldular

Tanınmış teleaparıcılar Azər və Vüsalə valideyn oldular

19 Fevral 2012, 21:01


”Xəzər” TV-də yayımlanan “Eldən-elə” verilişinin aparıcıları Azər və Vüsalə İsmayılovlar cütlüyü valideyn olub.
Modern.az-ın məlumatına görə, 3 il öncə evlənən cütlüyün ailəsində qız uşağı dünyaya gəlib. Gənc valideynlər ilk övladlarına Dilək adını qoyublar.

Vüsalə İsmayılova 10 il öncə böyrəyindən əməliyyat keçirdiyindən həkimlər ona dünyaya övlad gətirməsinin riskli olduğunu bildiriblərmiş. Hələ 10 il öncə böyrəkləri sıradan çıxan Vüsaləyə doğma anası donorluq edib. İranda həyata keçirilən transplantasiya əməliyyatı nəticəsində anası böyrəyini Vüsaləyə verib.
Həkimlərin xəbərdarlığına baxmayaraq 3 il öncə ailə quran teleaparıcı xanım hər şeyi göz önünə alaraq sonda istəyinə qovuşub, ana olub.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?