Modern.az

Səhiyyə Nazirliyi həkimlərin imtahanını keçirib

Səhiyyə Nazirliyi həkimlərin imtahanını keçirib

Ölkə

25 Dekabr 2009, 11:02

Həkimlərə ixtisas dərəcəsinin verilməsi məqsədilə keçirilən növbəti test imtahanları yekunlaşıb. Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu dəfə həkimlər terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları və təcili təxirəsalınmaz tibbi yardım üzrə imtahan olunublar.   Nazirlik saytımıza bildirilib ki, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi əvvəlki kimi könüllülük prinsipi əsasında keçirilir. Dekabr ayında ixtisas dərəcəsi almaq istəyən həkimlər test imtahanında iştirak ediblər. Test imtahanı 3 saat ərzində 100 sualın cavablandırılması şərti ilə keçirilib. Lakin nazirlikdən imtahanda neçə tibb işçisinin içtirakı barədə məlumat vermək istəməyiblər. Yalnız onu bildiriblər ki, imtahan nəticələri yaxın günlərdə elan olunacaq. İmtahana qatılan tibb işçilərinin özləri isə  nəticələrindən artıq agahdırlar.  Nazirlikdən bildirilib ki, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi üçün növbəti sənəd qəbulu fevral ayında olacaq, martda istə imtahan keçiriləcək.

Səhiyyə Nazirliyindəki başqa bir mənbə saytımıza bildirib ki, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi könüllülük prinsipi əsasında həyata keçirildiyindən, həkimlərin əksəriyyəti zəif nəticə göstərəcəklərindən qorxaraq test imtahanlarına qatılmağa meylli deyillər. Çünki bundan əvvəl keçirilən imtahanlarda iştirak edən həkimlərin bir çoxu Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi o qədər də çətin olmayan suallara cavab verə bilməyiblər. Bu, digər həkimlərin imtahanlardan çəkinməsinə səbəb olub. Ona görə də Səhiyyə Nazirliyi yaxın gələcəkdə bu prosesi məcburi formaya salmaq niyyətindədir. O zaman təkcə dövlət tibb müəssisələrinin işçiləri deyil, özəl səhiyyə obyektlərində çalışanlar da prosedurdan keçməli olacaqlar.

Xatırladaq ki, tibbi xidmət sahəsində iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən həkimlər test imtahanlarında iştirak etməklə ali, birinci və ikinci ixtisas dərəcəsi ala bilərlər. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi səhiyyə nazirinin əmri ilə yaradılan, tərkibi vaxtaşırı dəyişdirilən 5 nəfərdən ibarət İxtisaslaşdırılmış Komissiyalar tərəfindən həyata keçirilir.

Nazirli

yib məlumatına görə, ixtisas üzrə əmək stajı beş ildən az olmayan ali təhsilli və ixtisas üzrə əmək stajı üç ildən az olmayan orta təhsilli tibb işçiləri ixtisas dərəcəsini almaq hüququna malikdirlər. Tibb işçilərinə ixtisas dərəcəsi bir qayda olaraq ardıcıllıqla (ikinci, birinci, ali) beş il müddətinə verilir. Bu müddət ərzində ixtisasartırma və ya təkmilləşdirmə kursu keçmiş tibb işçisi ixtisas dərəcəsi verilən vaxtdan 3 il sonra daha yüksək ixtisas dərəcəsi almaq üçün müraciət edə bilər.

Test imtahanı zamanı test suallarına 60 % -dən az olmayaraq düzgün cavab verənlər söhbət mərhələsinə buraxıl

ırlar. Tibb işçisinə söhbət zamanı əsas fəaliyyətinə aid olan suallar verilir. Müvafiq ixtisas dərəcəsi test imtahanının nəticələri və suallara cavablar nəzərə alınmaqla Komissiyanın qərarı ilə verilir. Test imtahanından və ya Komissiya ilə söhbətdən keçməyənlər ixtisas dərəcəsi almaq üçün 6 aydan sonra yenidən müraciət edə bilərlər. İxtisas dərəcəsi olan tibb işçisinə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:

ali ixtisas dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında;

birinci ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında;

ikinci ixtisas dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında

Adəm Qorxmaz

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub