Modern.az

Azərbaycana gələn turistlər bunlardan narazıdır  

Azərbaycana gələn turistlər bunlardan narazıdır  

29 Sentyabr 2019, 13:20

Turizm mövsümünü artıq geridə qoysaq da, Azərbaycana turstlər gəlməyə davam edir. Məhz turizmin inkişafı ilə əlaqədar bütün fəsillərdə ölkəmiz turistlərin diqqət mərkəzində qalır.

Turizm potensialı haqqında düşündükdə maraqlı sual ortaya çıxır.

 

Azərbaycanda turistlərin ən bəyəndiyi məkanlar, razı və ya narazı qaldıqları xüsusiyyətlər nələrdir? Ölkəmizə gələnlər daha çox harada istirahət edirlər?

 

Bu suallara ərəbdilli bələdçi, müxtəlif ölkələrdən gələn turistlərlə işləyən bələdçi Vüsal Hacıyev cavab verib.

O Modern.az-a açıqlamasında bildirib ki, turistlər ölkəmizdə tanınmış restoranlarda, istirahət mərkəzlərində, rayonlardakı səfalı guşələrdə dincəlməyi sevirlər:

 

“Azərbaycana səyahətə gələn əksər turislərin, xüsusilə varlıların seçdiyi ən bahalı məkanlar Bakıda “For Seasons”, “Fairmont” otellər, Qəbələdə “Riverside”, Şəkidə “Marxal Resort” otelidir.

Restoranlara gəlincə dəbdəbəli istirahət üçün turistlərin ən bəyəndiyi restoran “Mangal Steak House”dur. Milli mətbəxin təamlarını dadmaq üçün o dərəcədə bahalı olmasa da ən əlverişli məkan Fəvvarələr meydanındakı “Firuzə” restoranıdır. Qubada “Aynur” restoranı, Qusarda “Xutoroq” İstirahət Mərkəzi, Qəbələdə “Qəbələ Xanlar” restoranına da turistlərin marağı yüksəkdir”.

 

Vüsal Hacıyev deyir ki, öz ölkəsində araşdırıb, əvvəldən Azərbaycanda olan tanışları ilə məsləhətləşib, xüsusi səyahət planı olan turistlərə də rast gəlib:

 

“Adətən xidməti təşkil etdiyimiz üçün biz turizm şirkətləri turistlər istirahət məkanlarını məsləhət görürük. Amma bəzən olur ki, turistlər ölkəmizə gələndə məlumatlı olurlar. Ya peşəkar turizmlə məşğul olanlardırsa, internetdən araşdırır, bəyənilən restoranları seçirlər. Ya da onlardan əvvəl Azərbaycana gələn dostların məsləhəti ilə özlərinin restoran siyahısını tərtib edirlər. Amma dediyim kimi əksərən biz turistləri yönləndiririk”.

 

Təbii olaraq, turistlərin ölkəmizdə bəyənmədiyi məqamlar da var. Bələdçi həmsöhbətimiz söyləyib ki, ölkəmizə gələnlər ən çox ikili menyu qaydasından narazı qalırlar:

 

“Turistlərin Azərbaycanda bəyənmədiyi başlıca məqam restoranlarda ikili menyu olmağıdır. Yəni yerli insanlara daha ucuz, turistlərə bahalı xidmət təklif edildikdə, bu onları incik salır. Amma ölkəmizdə bəyəndikləri yerlər çox olduğuna görə, onlar bu məsələyə də göz yumurlar. Ən çox Oğuz rayonunda yerləşən Xalxal şəlaləsini, Qəbələ və Qusar kanatını, Şəki “Bio Garden”i bəyəndiklərinin şahidi olmuşuq”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür