Modern.az

Müəllimlər vahid geyim formasına keçiblər

Müəllimlər vahid geyim formasına keçiblər

Təhsil

29 Sentyabr 2019, 13:50

Şəki şəhər mərkəzindən 15 kilometr aralıda yerləşən və bir əsrə yaxın yaşı olan Oxud kənd tam orta məktəbində 660 şagirdin təlim-tərbiyəsi ilə 79 müəllim məşğul olur.

Modern.az Azərbaycan müəllimi qəzetinə istinadən xəbər verir ki, 2019-2020-ci  yeni dərs  ilində  Oxud kənd tam orta məktəbinin müəllimləri  şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar. Məktəbin direktoru Ülfət Abdullayev bildirib ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar.Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra  reallaşıb.

Müəllimlərin bu təşəbbüsünü  şəhər təhsil şöbəsinin rəhbərliyi ilə yanaşı, şagird və valideynlər də müsbət qarşılayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər