Modern.az

Leysan 73 nəfərin həyatına son qoydu

Leysan 73 nəfərin həyatına son qoydu

29 Sentyabr 2019, 20:17

Hindistanın Uttar-Pradeş ştatında son 4 gündə daşqınlara və sürüşmələrə səbəb olan leysan yağışları zamanı azı 73 nəfər həlak olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ştatın yalnız şərq hissəsində son gün ərzində 84,2-dən 102,2 millimetrə qədər yağıntı düşüb. Bu, ilin müvafiq fəsli üçün normadan artıqdır.

Leysanlar həmçinin qonşu Bihar, Rajastan və Uttarakhand ştatlarına da zərər vurub. Sentyabrın 30-a qədər Şimali Hindistanın bəzi ərazilərində bütün məktəblər bağlanılıb.

Daşqınlar dəmiryol yollarını batırdığından bir sıra qatarların hərəkəti ləğv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir