Modern.az

Cəbhədə erməni əsgərlərini robotlar əvəzləyə bilər

Cəbhədə erməni əsgərlərini robotlar əvəzləyə bilər

Qarabağ

30 Sentyabr 2019, 10:21

Ermənistan rəhbərliyi təmas xəttində hərbi qulluqçuların robotlarla əvəz olunmasını müzakirə edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Ararat-Antiterror-2019” hərbi təlimləri zamanı “Lokator” şirkəti avtomatik döyüş modulu – pulemyot təqdim edib.


“Tam avtomatik döyüş modulu olan pulemyot hədəfləri özü tapır və operatora distansion məlumat ötürür. Atəş düyməsinə basmaq opetarorın məsuliyyətində qalır” – deyə şirkətin həmtəsisçisi Arman Xaçaturyan açıqlama verib.


7.62 mm kalibrə malik pulemyot yer səthindən 40 santimetr yuxarı qalxır və hədəf məlum olan zaman atəş açır.

 

Xaçaturyan bu silahların əsgər funksiyaları icra etdiklərini və yeni avtomatik silahların yaradılmasına çalışdıqlarını deyib.

Onun fikrincə, yaxın 20 ildə avtomatik döyüş modulları təmas xəttində duran əsgərləri əvəzləyə biləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır