Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıdır.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasətçi özü jurnalistlərə deyib.
Ukraynada siyasi fəaliyyətlə məşğul olmaqda problemi olmadığını xatırladan siyasətçi bununla belə, tarixi vətəni ilə əlaqələrini itirdiyini düşünür.
“Gürcüstan dövlətçiliyini bərpa etmək istəyirəm. Yaxın aylarda ora qayıdacam”-deyə siyasətçi əlavə edib.