Modern.az

Zelenskinin partiyasının deputatı: “Qarabağ – Azərbaycandır. Və bu məsələdə mövqeyimiz dəyişməyəcək!”

Zelenskinin partiyasının deputatı: “Qarabağ – Azərbaycandır. Və bu məsələdə mövqeyimiz dəyişməyəcək!”

Qarabağ

30 Sentyabr 2019, 18:49

“Bu günlərdə Ukrayna XİN öz vətəndaşlarına xatırlatdı ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyaya səfər etmək istəyən ukraynalılar yalnız Azərbaycan və Gürcüstanın rəsmi hakim dairlərindən icazə almalıdırlar. Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. GÜAM ölkələri Parlament Assambleyasının parlamentlərarası qrupunun üzvü və “Sluqa naroda” partiyasının deputatı kimi Ukrayna XİN-nin bu dəyişməz mövqeyinin tam dəstəkləyirik”.

 

Modern.az xəbər verir ki, bu sözləri Vesti.Az İnformasiya agentliyinə Ukrayna XİN-nin işğal edilmiş torpaqlara qeyri-qanuni səfərlərin yolverilməzliyi barədə bəyanatına Ermənistan XİN-nin reaksiyasını şərh edərkən, Ali Radanın deputatı Maryan Zablotski deyib.

 

“Qeyd etmək istərdim ki, eyni fikirlər Moldavanın tərkib hissəsi olan Dnestryanı bölgəyə də aid edirik. Yaxın zamanlarda biz Azərbaycan, Gürcüstan və Moldovadan olan həmkarlarımızla birgə işğal altında olan torpaqlarımızın azadlığı naminə səylərimiz kooperasiya etmək üçün fəaliyyətə start verəcəyik. İndiki dövrdə Avropanın 4 ölkəsində başqa ölkənin işğalçı ordularının olması qəbuledilməzdir. 4 ölkədə 7 milyondan çox insan işğalçıların fəaliyyəti üzündən normal, azad və sülh şəraitində yaşaya bilmirlər. Əminəm ki, GÜAM ölkələrindən olan deputat həmkarlarımızla yaxın müddətdə torpaqlarımızın işğaldan azad edilməsi naminə birgə fəaliyyət mexanizmi işləyib hazırlamağa nail olacağıq. Bu planın ana xəttini aqressora beynəlxalq təzyiq və iqtisadi sanksiyalar təşkil etməlidir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və həmişə də belə olacaqdır. Və bu məsələdə mövqeyimiz heç zaman dəyişməyəcək!”, deyə Zablotski bildirib.

 

Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolundan danışan Zablotski qey edib ki, bu işdə Ukrayna azərbaycanlıları aktivlik nümayiş etdirirlər.

 

“Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu yaxşı tanıyıram. O, Ukraynada Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının hamı tərəfindən anlaşılması üçün səylər göstərir. Və bu onda real olaraq, yaxşı alınır. Ümid edirəm ki, beynəlxalq aləmdə işğal olunmuş ərazilərimiz barədə beynəlxalq aləmə daha effektiv məlumat çatdırılması naminə, gələcəkdə GÜAM ölkələri diaspora təşkilatlarının səylərini birləşdirməyə nail olacağıq”, deyə, o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi