Modern.az

Koçaryan İstintaq Təcridxanasına qaytarıldı

Koçaryan İstintaq Təcridxanasına qaytarıldı

Dünya

30 Sentyabr 2019, 19:37

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tibbi müayinədən sonra İstintaq Təcridxanasına qaytarılıb.

 

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Cinayət İcraiyyə İdarəsinin mətbuat katibi Nona Navikyan bildirib. Onun sözlərinə görə, Koçaryan bu gün “İzmirlyan” tibb mərkəzində tibbi müayinədən keçib. Prosedur yekunlaşandan sonra o, yenidən təcridxanaya qaytarılıb. Daha əvvəl Koçaryanın tibbi mərkəzdə saxlanılacağı deyilirdi.

 

Qeyd edək ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyaları zamanı konstitusion quruluşu pozmaqda günahlandırılır. Keçmiş prezident 2018-ci ildə iki dəfə həbs edilsə də, daha sonra qısa müddətlik azadlığa buraxılmışdı. O, iyunun 25-dən isə üçüncü dəfə həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür