Modern.az

Bu il 397 vəzifəli şəxs korrupsiya cinayətləri törədib

Bu il 397 vəzifəli şəxs korrupsiya cinayətləri törədib

1 Oktyabr 2019, 10:59

"Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib".

Modern.az-ın məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

 

Baş prokuror qeyd edib ki, bu prosesdə dövlətə dəymiş 18 milyon manat vəsait ödənilib:

“Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur".

Baş prokuror deyib ki, bu günə qədər də Baş Prokurorluğun "qaynar xətt" əlaqə mərkəzi mövcud idi.

"Həmin mərkəz də normal fəaliyyət göstərib. Dövlət başçısının tapşırığı var ki, vətəndaş-məmur münasibətləri tam yeni müstəvidə qurulmalıdır”.


Z.Qaralov qeyd edib ki, yeniliklər tətbiq edildikdən sonra Çağrı Mərkəzi 961 nömrəli olacaq:


“Vətəndaşlarımız bu nömrəyə pulsuz zəng edə biləcəklər. Həmin Çağrı Mərkəzini idarə edən Şöbə prokurorları prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər. Eyni zamanda, prokurorluğun faəliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək”.


Baş prokurorun sözlərinə görə, bütün proseslər auido yazı ilə təsbit olunacaq:

“Bütün zənglər Baş Prokurora məruzə olunacaq. Hər bir ərizə baş prokuror tərəfindən qərarların icrası bağlı müvafiq tapşırılıqlar veriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi