Modern.az

Üç ölkənin deputatından Azərbaycan dövlət qurumunun Nyu-Yorkdakı işinə REAKSİYA

Üç ölkənin deputatından Azərbaycan dövlət qurumunun Nyu-Yorkdakı işinə REAKSİYA

1 Oktyabr 2019, 13:10

ABŞ-ın Nyu-York şəhərində Türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alpər Aktaş, Qazaxıstanın Nyu-Yorkdakı baş konsulu Zanibek Abdraşov, Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin sədri Bolotbek İbrahimsanov və digər türkdilli dövlətlərin nümayəndələri tədbirdə çıxış ediblər.

Qeyd edək ki, bu, Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi ilk böyük tədbirdir.

Tədbirin əhəmiyyəti odur ki, bu dəfə türkdilli dövlətlər bir araya gələrək, ümumi məsələlər ətrafında sıx birləşiblər.


Modern.az
görüşün əhəmiyyətini bir neçə ölkənin deputatı ilə müzakirə edib.

 

Qazaxıstan parlamentinin Azərbaycan əsilli deputatı Məhərrəm Məhərrəmov Modern.az-a açıqlamasında Nyu Yorkda keçirilən görüşü müsbət dəyərləndirib.

Onun fikrincə, türkdilli ölkələrin istər ölkələrarası, istəsə də diaspor səviyyəsində əməkdaşlığı ümumi inkişafa stimul verəcək:


“Nyu York görüşünü müsbət dəyərləndirirəm. Xalqlarımız, ölkələrimiz arasında münasibətlərə inkişaf verəcək istənilən təşəbbüs alqışa layiqdir. İstər humanitar, istər iqtisadi, istər mədəni, istərsə də idman sahadəsində türkdilli ölkələr bir mərkəz ətrafında sıx birləşməlidir”.


Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı da Türkdilli dövlətlərin Nyu-York görüşünün əhəmiyyətini xüsusi vurğulayıb:


“Türkdilli dövlətlərin diaspor fəaliyyətini alqışlayıram. Bu təqdirəlayiq haldır. Gələcəkdə bu proqramın koordinasiya şəklində aparılması həm Azərbaycan, həm də digər türkdili dövlətlər üçün gərəklidir. Möhtərəm prezidentimiz Türkiyə-Azərbaycan diasporunun I qurultayındakı çıxışında  tarixi kəlam səsləndirmişdi. Qeyd etmişdi ki, bir millətin iki diasporu ola bilməz. Yəni biz bir-birimizə qardaş deyiriksə, buna əməl etməliyik. Bu kəlamın altında müdrik söz var. Əminəm ki, gələcəkdə “Bir millət iki dövlət” kəlamını Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Qazaxıstana da şamil edəcəyik. Məqsədimiz və işimiz bu olmalıdır. Bizim hədəfimiz eyni nöqtəyə vurmaqdır. Çünki belə təşkilatların ortaq marağı olur. Ortaq marağın olması o deməkdir ki, ümumi düşməndən gələn təhlükəni qoruya biləcəyik. Bu da bizi güclü edəcək məsələlərdir.  Türkdilli dövlətlərin diasporlarının bir araya gəlməsinin ancaq müsbət tərəfləri ola bilər. Təşəbbüsü alqışlayıram”.

 

Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel Modern.az-a deyib ki, Nyu-Yorkdakı diaspor görüşü təqdirəlayiq addımdır:

 

“Mən ölkələr arasında münasibətlərin möhkəmləndirilməsinin tərəfdarıyam. Bu baxımdan iş adamlarımızın və xaricdə olan qeyri-hökumət təşkilatlarının üzərinə böyük işlər düşür. Nyu-Yorkda keçirilən təbdirin hər ölkəyə yayılması son dərəcə önəmlidir. Bu toplantılarda alınan qərarlar masa üzərində qalmamalı və icra olunmağa başlanılmalıdır. “Tanınmadığınız yerdə yoxsunuz” deyə ümumi bir qayda var. Diasporların fəaliyyətini gücləndirməklə ölkələrimizə investisiya qoymaq istəyənləri cəlb edə bilərik. Bu mənada Türk dünyasının dünya ticarətində təsirli və söz sahibi olması üçün bizlər də əlimizdən gələni etməyə hazırıq”. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi