Modern.az

Gürcü jurnalist Putinə çətin sual verdi

Gürcü jurnalist Putinə çətin sual verdi

1 Oktyabr 2019, 14:51

Gürcüstanlı jurnalist Avrasiya Ali İqtisadi Birliyinin sammiti başlamazdan öncə Rusiya lideri Putinə sual ünvanlaya bilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sualların verilməsi nəzərdə tutulmasa da, Putin suala qısa cavab verib.

“Siz 2008-ci ildə üzərinizə götürdüyünüz öhdəlikləri nə vaxt yerinə yetirəcəksiniz? Suala cavab verə bilərsiniz? Nə zaman işğa altındakı Gürcüstandan çıxacaqsınız?”- suallarına Rusiya lideri “Biz həmişə öhdəliyimizi icra edirik”-deyə cavab verib.

 

İki ölkə arasında diplomarik münasibətlər 2008-ci ilin avqustunda Cənubi Osetiya və Abxaziyada hərbi əməliyyatların başlanması ilə kəsilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir