Modern.az

“Yeni SSRİ”nin Yerevan sammiti bitdi –  VİDEO

“Yeni SSRİ”nin Yerevan sammiti bitdi –  VİDEO

Dünya

1 Oktyabr 2019, 19:18

Avrasiya Ali Şurasının Yerevan sammiti başa çatdı.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasın yekununda Sinqapurla azad ticarət zonası haqqında müqavilə imzalandı. Avrasiya Ali İttifaqının növbəti sammitinin dekabrda Sankt-Peterburq şəhərində keçirilməsi qərara alınıb.

 

Sammitdə Birlik daxilində inteqrasiyanın sürətləndirilməsi üçün qərarlar alınıb. Maraqlıdır ki, sammit bitəndən sonra onu ilk tərk edən Belarus lideri Aleksandr Lukaşenko olub. Qalan dövlət başçıları – Nikol Paşinyan, Vladimir Putin, Həsən Ruhani, Kasım-Jomart Tokayev, Sooranbay Jeenbekov və İqor Dodon isə “Avrasiya kontinentinin transiz potensialı” adlı forumuna qatılacaq.

Liderlərin foruma yola düşdükləri an vidoelara düşüb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!