Modern.az

Təmir-tikinti sahəsində “it yiyəsini tanımır” - Hər çirkli paltar geyinən özünə usta deyir

Təmir-tikinti sahəsində “it yiyəsini tanımır” - Hər çirkli paltar geyinən özünə usta deyir

Ölkə

2 Oktyabr 2019, 09:48

Təmir-tikinti sahəsində peşəkarlar olsa da, qeyri-peşəkarların sayı daha üstünlük təşkil edir. Bir sıra hallarda işsizlər iş tapmaq üçün üz tutur ustalığa. Heç bir bacarığı olmayan belə adamlar bir müddət kiminsə yanında duraraq, özləri usta olmağa çalışırlar. Belələrindən uğurlu olanlar da var, olmayan da. Telefon, ev təmiri, avtomobil təmiri və digər sahələrdə ustaların sayı kifayət qədərdir. Əlbəttə,  işinin öhtəsindən peşəkarlıqla gələnlərin olması yaxşıdı, amma qeyri-peşəkarlar müştərilərinə kifayət qədər ziyan vururlar. Bəs necə edək ki, bu “usta”lar həm malımıza, həm də pulumuza ziyan vurmasın?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu sahədə böyük problemlər var:

“Təmir zamanı istehlahçılar aldadılır. Bu avtomobil təmirində də belədi, ev təmirində də, başqa sahələrdə də... Azərbaycanda rəsmi servislər olsa da, qeyri-rəsmi işləyən avtomobil təmiri sexlərinin sayı kifayət qədərdir. Belə sexlərdə işləyən ustaların heç bir yerdə qeydiyyatı yoxdu. Qəza olur, təkər açılır və başqa problemlər çıxır, bilinmir o avtomobili kim təmir edib. Düşünürəm ki, ilk olaraq avtomobil təmiri yerlərdində müdiriyyətlə söhbətlər aparmaq lazımdı, usta mütləq avtomobil sahibi ilə müqavilə bağlamalıdır. Xidmət haqqı ödənildikdən sonra ona kassa çeki verilməlidir”.

 

AİB sədri bildirib ki, əyninə çirkli paltar geyinən adam usta obrazı yaradır:

“Bu, yalnız avtomobil təmirində deyil, bütün sahələrdə belədir. Ev tikən usta bir daşı düzgün qoymur, bir müddət sonra fəsadlar üzə çıxır. Usta evinə 5 manat pul aparacaq deyə, ev sahibini 5000 manat ziyana salmalıdır?.. Bunun bir adı var: cinayət. Elə ustalar var ki, pula görə bacarmadığı işi  üzərinə götürür, ev sahibinə lazımsız materiallar aldırır”.

 

Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyinə ustalarla bağlı dəfələrlə şikayət daxil olur.


“Biz dəfələrə bu məsələlərlə bağlı görüşlər keçirmişik. Çalışmışıq ki, istehlakçıların hüququ bərpa olunsun. Azad İstehsalçılar Birliyi dəfələrə bu problemin həlli üçün addım atıb, lakin komandamız zəif olub. Ancaq bu məsələdə aidiyyəti qurumlar da addım atmalıdır. İqtisadiyyat Nazirliyi bununla bağlı işləri artırmalıdır.  Təəssüflə qeyd olunmalıdır ki, məsələnin həlli ilə bağlı nazirlik heç bir iş görmür. İstehlakçılar da bu sahədə çox diqqətli olmalıdılar. İşlərini müqavilə bağladıqları adama gördürməlidirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi