Modern.az

Radionun “Bulaq” verilişi 50 yaşını qeyd edir

Radionun “Bulaq” verilişi 50 yaşını qeyd edir

2 Oktyabr 2019, 11:53

Azərbaycan Radio məkanının ən uzunömürlü verilişi - “Bulaq” 50 yaşını qeyd edir.

Modern.az xəbər verir ki, ilk dəfə 1969-cu ilin noyabr ayında “Xalq yaradıcılığı bulağı” adı ilə efirə çıxan veriliş 1970-ci ildən “Bulaq” adlandırılıb. O zaman çox aparıcılar sınanıb saf-çürük olunduqdan sonra Məhluqə Sadıqova və Səməndər Rzayev "Bulaq"ın səsi kimi qəbul edilib. Hər həftə efirə çıxan bu veriliş Azərbaycan dinləyicisini öz sehrinə salaraq, onun yaddaşındakı bütöv xalq və qədim millət duyğularını oyadırdı. Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verib.

Azərbaycan radiosunun Xalq yaradıcılığı redaksiyası tərəfindən hazırlanan verilişin hazırki redaktorları Tahir Talıblı və Əhməd Oğuz, aparıcıları isə Səidə Quliyeva və Səməd Hətəmovdur. Həftədə bir dəfə olmaqla bazar günü saat 19:30-da yayımlanır. Xalq yaradıcılığı nümunələrinin araşdırılması, toplanması və təqdim olunması missiyasını həyata keçirən veriliş  müxtəlif mövzularla dinləyicilərinin qonağı olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir