Modern.az

Ukraynada müharibə başa çata bilər – Zelenski təcili iclas çağırdı

Ukraynada müharibə başa çata bilər – Zelenski təcili iclas çağırdı

2 Oktyabr 2019, 13:54

Ukrayna prezidenti Vladimir Zelenski Radanın “Xalqın qulu” fraksiyasının deputatları ilə təcili iclas keçirib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, iclasda Almaniya prezidenti Frank-Valter Ştaynmayerin təklif etdiyi sülh formulu müzakirə olunur.

“Zelenski Radaya gələrək öz fraksiyası ilə qapalı iclas keçirir. Buna görə Radanın iclası gec başlayacaq”.

 

Xatırladaq ki, “Ştaynmayer formulu” separatşıların nəzarət altında saxladıqları Donetsk və Luqansk vilayətlərinin ərazisində Ukraynanın razılığı ilə seçkilərin keçirilməsini nəzərdə tutur. Həmin seçkilər ATƏT tərəfindən müşahidə olunacaq.

 

Seçkilərdən sonra Ukrayna parlamenti Donbas regionunu xüsusi statusu barədə qanun layihəsi qəbul etməlidir.

Amma verilən məlumatlarda Ukrayna ordusunun separatçıların nəzarət etdiyi əraziyə daxil olub-olmayacağı qeyd edilməyib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi