Modern.az

Direktoru vəfat edən məktəbdən AÇIQLAMA: “Yolu uzaq olduğu üçün...”

Direktoru vəfat edən məktəbdən AÇIQLAMA: “Yolu uzaq olduğu üçün...”

2 Oktyabr 2019, 16:28

Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbin direktoru dünyasını dəyişib.

 

Məktəbdən Modern.az-a verilən məlumata görə,  məktəbin direktoru  Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib:

 

“Vaqif müəllim şəkərli diabetdən və təzyiqdən əziyyət çəkirdi. Vaqif müəllim bizim məktəbə bir il olardı ki, direktor gəlmişdi. O, uzun müddət Pirallahı qəsəbəsində yerləşən Çilov adasında  direktor işləmişdi. Yolu uzaq olduğuna görə, Təhsil Nazirliyi tərəfindən bizim məktəbə transfer olunmuşdu”.

“O həm də çox yaxşı insan idi. Bu ilin iyulunda 60 yaşı tamam olmuşdu”-deyə məktəbdən bildiriblər.

 

Qeyd edək ki, bu gün dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq  V.Tanrıverdili dünyasını dəyişib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir