Modern.az

Polislər sərxoş kişini qəbiristanlıqda döyüb öldürdü

Polislər sərxoş kişini qəbiristanlıqda döyüb öldürdü

Dünya

2 Oktyabr 2019, 22:25

Polislər sərxoş kişini qəbirəstanlığa aparıb, döyərək öldürüblər. Sərxoş kişini döyüb öldürən Saratov vilayətinin Volsk şəhərindən olan iki polisə qarşı cinayət işi açılıb.

Modern.az  Virtualaz.org-a istinadən bildirir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Belə ki, kişinin cəsədi sentyabrın 26-da qəbiristanlığın yaxınlığındakı meşədən tapılıb. Qətldə iki polis məmuru şübhəli bilinərək tutulub.

Məlum olub ki, polis əməkdaşları sərxoş kişini saxlayaraq, onu qandallayıblar.

"Münaqişə səbəbindən şirkət maşınında olan kişilər öldürülən şəxsi şəhər qəbiristanlığının ərazisinə aparıblar. Orada onun bədəninə təpiklə çoxsaylı zərbələr endiriblər. Nəticədə ağırxəsarətlər alan şəxs hadisə yerində ölüb", - məlumatda bildirilir.

İki polis barəsində Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndinə (qəsdən ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan) əsasən cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü