Modern.az

Himni oxumaq qaydasını pozan deputat danışdı: Sovet ənənəsinə oxşayır

Himni oxumaq qaydasını pozan deputat danışdı: “Sovet ənənəsinə oxşayır”

Parlament

3 Oktyabr 2019, 08:17

Konstitusiyamızın 23-cü maddəsi və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi və Dövlət Himnindən istifadə qaydalarını müəyyən edir.

 

Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

 

Ancaq bir məqam diqqətimizdən yayınır. Bağçalarda, məktəblərdə, idman meydançalarrında himn oxunan zaman həm şagirdlər, həm də müəllimlər, həm də idmançılar əlllərini ürəklərinin üzərinə qoyub ifa edirlər. Hətta himni bu formada ifa edən siyasət və dövlət adamlarına da rast gəlmək olur.

Yuxarıda qeyd etdiyimiz kimi, himn oxunan zaman  əli ürəyin üzərinə qoyub ifa etmək qanunda qeyd edilməyib.

O zaman niyə ictimai yerlərdə himn oxunan zaman əl ürəyin üzərində olur?!

 

Qeyd edək ki, Milli Məclisin deputatları arasında da himni əli ürəyinə qoyub oxuyanlar var. Həmin deputatlardan biri də Asim Mollazadədir.


O, Modern.az-a açıqlamasında bildirib ki,  bir çox ölkələrdə himni əli ürəyin üzərinə qoyub oxumaqla bağlı qanun da qəbul edilib:

“Özbəkistanda qanun qəbul edilib ki, himni oxuyan zaman əli ürəyin üzərinə qoymaq lazımdır. Eyni zamanda,  bəzi Avropa dövlətlərində, ABŞ-da bu ənənə var”.

 

Parlamentari himnin farağat formasında ifa edilməsini qəbul etmədiyini də vurğulayıb:

“Azərbaycanda yeni qəbul edilən qanuna görə, himn oxunan zaman əli farağat formasında qoymaq lazımdır. Əlin farağat formasında qoyulması sovet ənənlərinə oxşayır. Şəxsən əlin farağat formasında qoyulması ilə bağlı qəbul olunan qanundan xoşum gəlmir. Sovet ənənələrinə oxşayır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir