Modern.az

Ehtiyatda olan polkovnikdən QİSAS ÇAĞIRIŞI: “Qarşı tərəfdən kimsə qətlə yetirilməlidir”

Ehtiyatda olan polkovnikdən QİSAS ÇAĞIRIŞI: “Qarşı tərəfdən kimsə qətlə yetirilməlidir”

Qarabağ

3 Oktyabr 2019, 13:37

Qətlə yetirilən vətəndaşımızın qanı yerdə qalmayacaq”

 

Sentyabrın 2-si saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskovatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu aldığı güllə yarasında həlak olub.

Bu, düşmən təxribatı nəticəsində həlak olan ilk vətəndaşımız deyil.

 

“Erməni erməniliyindən əl çəkmir”

 

Bu barədə Modern.az-a danışan Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, düşmən düşmənliyində qalır:

“Tarix göstərir ki, Azərbayan torpağında yaşamalarına, Azərbaycan çörəyini yemələrinə, ölkəmizin onlarla qonşuluq etmək cəhdlərinə baxmayaraq, ermənilərin düşmən mövqeyi dəyişmir.

Azərbaycan müəyyən bir şəkildə dövlət sərhəd xəttində vəziyyət sabit olsun, dinc sakinlər təhlükəsiz yaşasınlar deyə, humanist addım ataraq, əraziyə Dövlət Sərhəd Xidmətinin bölmələrini yerləşdirdi. Bu, Azərbaycan tərəfinin beynəlxalq normalara riayət etdiyinin göstəricisidir. Ermənilər isə hər fürsətdə Azərbaycanın bu addımın qarşısını almağa çalışır, ölkəmizin sərhəd idmətinin bölmələrinin ərazidə yerləşdirilməsinə mane olurlar, təxribat törədirlər, dinc vətəndaşlara atəş açırlar.

Dünən gündəlik işilə məşğul olan kəndliyə atəş açıb onu qətlə yetiriblər. Mən əminən ki, Azərbaycan bu cinayəti cəzasız qoymayacaq. İstər cəbhə bölgəsində, istər Qarabağ bölgəsində, istərsə də işğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlər ilk dəfə deyil. Olub, var və olacaq da. Azərbaycan bu halda adekvat addım atmalı, həmin istiqamətdə qarşı tərəfdən kimisə qətlə yetirməlidir və göstərməlidir ki, ölkəmiz cinayəti cavabsız qoymur. Əlbəttə indi məhkəmə keçirtmək olmur. Amma dinc sakinimiz günahsız yerə qətlə yetirildiyindən, biz çalışmalıyıq ki, onlara eyni mövqedən cavab verilsin”.

 

“Bu cinayət cəzasız qalamayacaq”

Ekspert “Biz nə vaxtadək ermənilərin addım atmasını və buna adekvat cavab verəcəyimiz günü gözləməliyik” sualına cavabı belə olub:

“Mən bu məsələdə sizlə o qədər də razı deyiləm. Azərbaycan cavab tədbirlərini həmişə görür və bundan sonra da görəcək. Bu dövlət sərhədidir. İranla da sərhəddə bəzən itkilərimiz olur. Sərhəddə insident olması və itkilə nəticələnməsi mümkündür. Ermənistanla sərhəddə indiyədək Müdafiə Nazirliyinin bölmələri yerləşirdi. Hazırda onlar Dövlət Sərhəd Xidmətinin bölmələrilə əvəzlənib. Amma erməni dəyişməyib. Erməni erməniliyində, məkrliliyində, düşmən mövqeyində, cinayətkarlığında qalıb. Erməni nə vaxtadək düşmənçiliyə davam edəcək, o vaxtadək də cavabsız qoyulmayacaq və qətlə yetirilən mülki vətəndaşımızın qanı da yerdə qalmayacaq.

Bildiyiniz kimi bu yaxınlarda mövqelərimiz qabağa çəkildi, bütün yüksəkliklər Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarətindədir. Bütün bunları erməni tərəfinin gözü götürmür.  Konkret hansı addım atılacağını açıqlamayacağam, amma əmin olun ki, bu cinayət Azərbaycan tərəfindən cəzasız qalamayacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!