Modern.az

Daha bir jurnalist Onkologiya Mərkəzində əməliyyat olundu

Daha bir jurnalist Onkologiya Mərkəzində əməliyyat olundu

Media

4 Oktyabr 2019, 14:37

“İki sahil” qəzetinin şöbə müdiri Elçin Zaman Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, jurnalistin döş qəfəsində aşkarlanan şiş cərahiyyə əməliyyat ı ilə götürülüb. Əməliyyatı mərkəzin Torakal şöbəsinin müdiri təcrübəli cərrah-ankoloqu, tibb elmləri doktoru, professor Əbülfəz Soltanov uğurla başa çatdırıb.

 

Elçin Zamanın sözlərinə görə, bundan sonra tibbi müayinə və müalicə proseslərinin davam etdirilməsi nəzərdə tutulub. Jurnalist bildirib ki, vəziyyəti qənaətbəxşdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir