Modern.az

Azərbaycanlılarla qazaxlar görüşdü - Qazaxıstan telekanalının VİDEOSÜJETİ

Azərbaycanlılarla qazaxlar görüşdü - Qazaxıstan telekanalının VİDEOSÜJETİ

Diaspor

4 Oktyabr 2019, 15:55

Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edir.

 

 Modern.az xəbər verir ki, Dövlət Komitəsinin nümayəndələri 1 həftə davam edəcək səfər zamanı 5 şəhəri  - Nur-Sultan, Almatı, Taldıkorqan, Türküstan və Şimkend ziyarət edəcək.

 

Nümayəndə heyəti Nur-Sultan və Almatlı şəhərlərindən sonra Taldıkurqan şəhərinə səfər ediblər.

Bu səfəri Qazaxıstanın “Jetısu” telekanalı xüsusi videosüjtdə işıqlandırıb. Süjetdə səfərin Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

 

“Azərbaycanda gələn nümayəndə heyəti Almatı Vilayətinin inzibati mərkəzi olan Taldıkurqan şəhərində nümayəndə heyəti vilayətin dostluq evində ekskursiyada olublar. Bundan sonra, Qazaxıstan Xalqları Assambleyasının üzvləri və azərbaycanlıların etnik-mədəni birliyi olan “Naxçıvan” təşkilatı ilə görüş keçiriblər. Azərbaycandan gələn qonaqlar iki ölkə arasında dosluq və qardaşlıq münasibətlərinin olduğunu vurğuladı. Bu əlaqələrin yalnız geosiyasi yaxud iqtisadi maraqlarla deyil, həm də tarixi-humanitar körpülər vasitəsilə qorunduğunu diqqətə çatdırdılar”- deyə “Jetısu” telekanalının reportajında deyilir.

 

Diasporla İş Üzrə Dövlət Komitəsinin eksperti Teymur Ayayev isə Qazaxıstanla Azərbaycan arasında təhsil, mədəniyyət, idman, incəsənət və s. sahələrdə əməkdaşlığın xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edəcəyini qazaxıstanlı jurnalistlərə açıqlamasında vurğulayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir