Modern.az

Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakına dair qanun layihəsi ikinci oxunuşdan keçib

Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakına dair qanun layihəsi ikinci oxunuşdan keçib

Təhsil

25 Dekabr 2009, 13:48

Milli Məclisin dekabrın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib ki, qanun layihəsi lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir. Qanun layihəsinin müzakirəsi zamanı deputatlar  Xanhüseyn Kazımlı, Aydın Həsənov, Zahid Oruc, Qüdrət Həsənquliyev sözügedən sənədin qəbulunun vacibliyini qeyd ediblər. Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır